Bakının Yasamal rayonunun Şərifzadə küçəsində yerləşən mənzillərin birində aprelin 7-si axşam saatlarında 33 yaşlı kişi atası tərəfindən qətlə yetirilib. Bu haqda bu gün, 8 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadən məlumat verir.
İlkin araşdırma zamanı məlum olub ki, aralarında yaranan mübahisə zəminində 67 yaşlı Ramiz İsrafilov oğlu Kamran İsrafilovu kəsici alətlə öldürüb. Bundan sonra Ramiz İsrafilov polisə gələrək təslim olub.
Faktla bağlı Yasamal rayon prokurorluğunda cinayət işi başlanılıb. İsrafilov şübhəli şəxs qismində saxlanılıb. İstintaq davam etdirilir.