Yasamal rayonunda avtomobildən oğurluq edən şəxs tutulub. Bu haqda bu gün, 9 oktyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Lənkəran rayon sakini, əvvəllər narkotik üstündə məhkum olunmuş A.Əkbərzadə rayonun A.M.Şərifzadə küçəsində dayanan “Mercedes” markalı avtomobildən bank kartı oğurlayaraq hesabından 370 AZN çıxarmaqda şübhəli bilinir.
Onun barəsində araşdırmalar davam edir.