Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyi xəbər verir ki, hadisə Abbas Mirzə Şərifzadə və Əsəd Əhmədov küçələrinin kəsişməsində baş verib. Nəticədə 1 ədəd işıqfor yararsız hala düşüb.
Cari ilin əvvəlindən bu vaxta qədər avtomobil qəzaları nəticəsində 20-dən çox işıqfor sıradan çıxıb.