Yasamal rayonunda yerləşən inzibati binada yanğın baş verib. Bu haqda bu gün, 18 avqust tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma beşmərtəbəli binanın zirzəmisində qeydə alınıb. Nəticədə otaqların birində kağız tullantıları 6 kv.m sahədə yanıb. Yüksək temperaturdan otağın lambirdən ibarət üzlüyü 2 kv.m sahədə və elektrik kabeli əriyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.