Yasamal rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 25 sentyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində qeydə alınıb. Nəticədə ümumi sahəsi 31 kv.m olan mənzildə mətbəx mebeli və 4 ədəd məişət avadanlığı yanıb, tavan 5 kv.m sahədə əriyib. Mənzilin digər hissələrinə ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.