Bakının Yasamal rayonunda dönərxanadan oğurluq edilib. Bu haqda bu gün, 26 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Hadisə aprelin 23-də baş verib. Polisə daxil olan məlumata görə, obyektdən 70 manat pul və 1040 manat dəyərində planşet və mobil telefon oğurlanıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən iki yeniyetmə saxlanılıb. Fakt araşdırılır.