Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib. Bu haqda bu gün, 6 noyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə rayonun Alatava yaşayış sahəsində qeydə alınıb. 47 yaşlı Kənan Babaverdiyev tanımadığı şəxslə əlbəyaxa dava edən zaman döş qəfəsindən bıçaqlanıb. Yaralı Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırmaya başlanılıb.