Bakının Yasamal rayonunda bıçaqlama hadisəsi baş verib. Bu haqda bu gün, 9 iyul tarixində APA məlumat verib.
Mirzə Fətəli Axundov küçəsində baş verən dava zamanı 55 yaşlı Ağası Əhmədovu naməlum şəxs bıçaqlayıb. Əhmədov ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.