Yasamal rayonunda mobil telefon oğurluğu qeydə alınıb. Bu haqda bu gün, 5 avqust tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Paytaxt sakini, əvvəllər məhkum olunmuş Vüsal Abbasov 2 evdən ümumilikdə 5 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinərək saxlanılıb.
Onun barəsində araşdırmalara başlanılıb.