Bakının Yasamal rayonunda yerləşən evlərin birindən külli miqdarda pul oğurlanıb. Bu haqda bu gün, 21 oktyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Ərazidə evlərin birindən seyfdən 5000 manat pul, 5800 manat dəyərində qızıl-zinət əşyaları və mobil telefon oğurlanıb.
Yasamal RPİ 27-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurlamaqda şübhəli bilinən Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş İ.Nuruyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.