Bakının Yasamal rayonunda 24 yaşlı qızı avtomobil vurub. Bu haqda bu gün, 29 sentyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Hadisə metronun “20 Yanvar” stansiyasının yaxınlığında qeydə alınıb. Qəza nəticəsində xəsarət alan 24 yaşlı Aydan Məmmədova təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.