Bakının Yasamal rayonunda yerləşən çoxmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yanğın olub. Bu haqda bu gün, 3 avqust tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
Ümumi sahəsi 75 kv.m olan mənzilin sanitar qovşağında havalandırma qurğusu və elektrik naqili yanıb. Yüksək temperaturdan lambirdən ibarət tavan da əriyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb, mənzilin qalan hissəsinə zərər dəyməyib. Xəsarət alan olmayıb.