Yasamal rayonunda küçədə meyit tapılıb. Bu haqda bu gün, 25 oktyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə rayonun Akim Abbasov küçəsində baş verib. Şəxsiyyəti bilinməyən kişi küçədə ölü vəziyyətdə tapılıb. Onun hansı səbəbdən öldüyü məlum deyil. Cəsədin yalnız üz nahiyəsində şişkinlik var idi.
Əraziyə Təcili Tibbi Yardım briqadası cəlb olunub. Kişi morqa aparılıb. Faktla bağlı araşdırma aparılır.