Bakının Yasamal rayonu, B.Səfəroğlu küçəsində iyulun 15-də quldurluq hadisəsi qeydə alınıb. Bu haqda bu gün, 18 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Verilən məlumata görə, iki naməlum şəxs Sumqayıt şəhər sakini K.Həsənovu kəsici alətlə hədələyərək 110 manat pulunu talayıblar.
Yasamal RPİ 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 34 yaşlı Emin Zamanov və 35 yaşlı Süleyman Əsgərov müəyyən olunaraq saxlanılıblar. Araşdırma davam edir.