Bakının Yasamal rayonu ərazisində yerləşən kafelərin birində oğurluq törədilib. Bu haqda bu gün, 25 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Hadisə iyulun 10-na keçən gecə baş verib. Kafenin həyətindən 2 soyuducu, qaz sobası və yuyucu aparat oğurlanıb.
Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində əməli törətməkdə şübhəli bilinən Balakən rayon sakini İsmayıl Qitinmaqamedov saxlanılıb. Araşdırma davam edir.