Yasamal rayonunda avtomobil yanıb. Bu haqda bu gün, 24 iyul tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma “Land Rover” markalı nəqliyyat vasitəsində baş verib. Nəticədə avtomobilin mühərrik hissəsi və idarəetmə lövhəsi yanıb. Maşının digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.