Bakının Yasamal rayonunda yerləşən mərkəzi parkın davamı tikilir. Bu haqda bu gün, 10 fevral tarixində Bakuplus.az Bizim.Media-ya istinadən xəbər verir.
Keçmiş “Sovetski” adlanan ərazidə, Mərkəzi Parkın 3-cü hissəsində yenidənqurma və abadlıq işlərinə başlanılıb. Tikinti işləri Təzəpir məscidinin yaxınlığında aparılır.
Bildirilir ki, ərazidə qalan tarixi hamam bərpa olunaraq milli kitabxana kimi istifadəyə veriləcək. 3 yaşayış evi isə, danışıqlar aparılıqdan sonra sökülücək.
Yasamal Rayon İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Birliyinin baş mühəndisi Fəxri Hüseynov bildirib ki, parkın 3-cü hissəsi 8,2 hektar ərazini əhatə edəcək. Bu hissənin cari ilin noyabr ayında sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulur.