Paytaxtın Yasamal rayonu, Həsən bəy Zərdabi prospektində xəsarətlə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 10 iyun tarixində Bakuplus.az APA-ya istinadən məlumat verir.
Motosiklet sürücüsü idarəetməni itirərək minik vasitəsini "Mercedes" markalı avtomobilə çarpıb. Motosikletçi zərbənin gücündən xəsarət alıb. Hadisə yerinə təcili tibbi yardım cəlb olunub. Yaralı xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.
[caption id="attachment_103029" align="alignnone" width="640"]
Foto apa[/caption]