Paytaxtın Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində piyada vurulub. Bu haqda bu gün, 1 iyun tarixində Baku.ws məlumat verib.
İlkin məlumata görə, “Toyota Prius” markalı avtomobili idarə edən sürücü piyada keçidində adam vurub. Piyadanın vəziyyətinin ağır olduğu bildirilir.