Bakının Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsində, Qələbə dairəsi istiqamətində yol qəzası baş verib. Bu haqda bu gün, 19 oktyabr tarixində Bakuplus.az APA-ya istinadən məlumat verir.
“Honda” markalı avtomobilin sürücüsü idarəetməni itirərək beton yol ayırıcısına çarpılıb. Qəza nəticəsində sürücü xəsarət alıb. O, təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya aparılıb.
Hadisə nəticəsində yol infrastrukturuna ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.
[caption id="attachment_116959" align="alignnone" width="640"]
Foto APA[/caption]