Bakının Yasamal rayonunda avtobus avtomobillə toqquşub. Bu haqda bu gün, 23 oktyabr tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Qəza MİDA-nın yaşayış kompleksi ərazisində qeydə alınıb. 9 nömrəli marşrut xətti üzrə işləyən avtobus yol kənarında park edilmiş “Nissan” markalı avtomobilə çarpılıb.
Xəsarət alan olmayıb. Hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib.