Bakının Yasamal rayonunda oğurluqda şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 24 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis şöbəsinə verilən məlumata görə, sakinlərdən birinin kartından 300 manat oğurlanıb. Araşdırma zamanı avtoyuma məntəqəsində həmin şəxsin “Toyota” markalı avtomobilindən bank kartının oğurlandığı və həmin kartdan pul çıxarıldığı məlum olub.
Polis əməkdaşlarının keçirdikləri tədbir nəticəsində əməli törətməkdə şübhəli bilinən Yalçın İsmayılov saxlanılıb.
Hazırda araşdırmalar davam edir.