Bakının Yasamal rayonunda bir nəfərin mobil telefonu soyğunçuluq yolu ilə talanıb. Bu haqda bu gün, 28 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Polisə daxil olan məlumata görə, hadisə dekabrın 24-də baş verib. Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində soyğunçuluq əməlində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də eyni əmələ görə məhkum edilmiş İsmayıl Qəhrəmanov müəyyən olunaraq saxlanılıb.
Hadisənin təfərrüatı araşdırılır.