Bakının Yasamal rayonunda tikili və ona bitişik talvar yanıb. Bu haqda bu gün, 23 dekabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Ümumi sahəsi 12 kv.m olan plastikdən ibarət tikili 2 kv.m sahədə, ona bitişik sahəsi 6 kv.m olan taxta konstruksiyadan ibarət talvarın yanar konstruksiyaları 2 kv.m sahədə yanıb. Həmçinin tikilinin içərsində olan 2 su nasosu və 2 otbiçən aparatın hissələri yanıb. Tikilinin və talvarın qalan hissəsi yanğından mühafizə olunub.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb. Xəsarət alan olmayıb.