Paytaxtın Yasamal rayonunda əl qumbarası aşkar olunub. Bu haqda bu gün, 14 aprel tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
Hadisə yerinə FHN-in minalardan təmizləmə üzrə çevik qrupu cəlb edilib. Ərazidə “F-1” əl qumbarası olduğu müəyyən edilib.
Sursat küçədən götürülərək kənarlaşdırılıb. Baxış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
[caption id="attachment_97149" align="alignnone" width="640"]
Foto Fövqəladə Hallar Nazirliyi[/caption]