Bakının Suraxanı rayonunda yeniyetmə qəzaya uğrayıb. Bu haqda bu gün, 23 aprel tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Hadisə Yeni Günəşli qəsəbəsində qeydə alınıb. 16 yaşlı S.Quluzadə yolu keçən zaman onu avtomobil vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.