Güclü külək Suraxanı rayonunda da fəsadlar yaradıb. Bu haqda bu gün, 4 aprel tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Yeni Günəşli qəsəbəsi, D massivi, bina 28 ünvanında güclü külək səbəbindən onmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsinin eyvanındakı peyk anteni qoparaq asılı vəziyyətdə qalıb.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Təhlükə aradan qaldırılıb.
Bundan əlavə, Səbail rayonu, Bayıl qəsəbəsi, Əli Nəzmi küçəsi, 3A ünvanında yaşayış evinin damı uçub.