Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib. Bu haqda bu gün, 25 sentyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə rayonun Yeni Ramana qəsəbəsində baş verib. 37 yaşlı Malik Hüseynov özünün yaşadığı evdə qayınatası M.Hüseynovu bıçaqlayıb. Nəticədə yaralı sağ budundan xəsarət alaraq xəstəxanaya yerləşdirilib. O, cərrahi əməliyyat edilib.
Faktla bağlı araşdırma aparılır.