Bakının Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində 4 may, saat 15:00 radələrində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu haqda bu gün, 5 may tarixində Report məlumat verib.
C.Zöhrabovun idarə etdiyi “Opel” markalı avtomobillə Ramin Cabbarovun idarə etdiyi “Haujue” markalı motosiklet toqquşub, motosiklet sürücüsü hadisə yerində ölüb. Hər iki şəxs qəsəbə sakinidir.
Faktla bağlı araşdırma aparılır.