Bakıda avtomobil qatara çarpılıb. Bu haqda bu gün, 14 noyabr tarixində Bakuplus.az Azərbaycan Dəmir Yollarına istinadən xəbər verir.
Hadisə Yeni Suraxanı stansiyasının girişindəki dəmiryol keçidində baş verib. “Opel” markalı minik avtomobili qəflətən dəmir yoluna çıxaraq qəzaya səbəb olub. Qazada xəsarət alan olmayıb.
Qanuna əsasən, dəmiryol keçidlərindən keçmə qaydalarını pozduqda sürücü 100 AZN məbləğində cərimələnir.
Faktla bağlı araşdırma aparılır.