Bakının Yeni Yasamal yaşayış massivində martın 27-si axşam saatlarında zəncirvari yol qəzası baş verib. İki nəfər yaralanıb. Bu haqda bu gün, 28 mart tarixində Bakuplus.az məlumat verir.
“Faiqoğlu” MMC-nin istismarında olan 114 nömrəli marşrut avtobusunun sürücüsü idarəetməni itirərərək qarşısında hərəkətdə olan “Volkswagen” markalı maşına çarpılıb. Zərbənin gücündən qabaqda olan bir yük maşını daxil olmaqla daha 8 avtomobil zadələnib.
Hadisə nəticəsində minik avtomobillərində olan iki nəfər xəsarət alıb. Hadisə avtobus depoya gedən zaman baş verdiyindən salonunda sərnişin olmayıb.
Faktla bağlı araşdırma aparılır.
[caption id="attachment_95230" align="alignnone" width="640"]
Foto Bakuplus.az[/caption]
[video width="1920" height="1080" mp4="https://bakuplus.az/storage/photos/2023/03/112.mp4"][/video]