Səbail rayonu, Salyan şosesində yolun kənarında dayanmış avtomobilə çarpılan motokuryer 5 gündən sonra xəstəxanada ölüb. Bu haqda bu gün, 13 mart tarixində Report məlumat verib.
Məzahir Ələsgərov martın 12-də 1 saylı Kliniki Tibbi Mərkəzdə dünyasını dəyişib.
Hadisə ilə bağlı Səbail Rayon Polis İdarəsində cinayət işi başlanıb, istintaq aparılır.