Bakının Yusif Səfərov küçəsində yanvarın 27-də yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 28 yanvar tarixində Bakuplus.az məlumat verir.
Şahidlərin sözlərinə görə, eyni istiqamətdə hərəkət edən “Toyota Prius” və “Range Rover” markalı minik avtomobilləri toqquşub. Hadisə zamanı xəsarət alanların olub-olmaması barədə məlumat yoxdur.
Nəqliyyat vasitələri evakuatorların köməkliyi ilə yoldan götürülüb.
[video width="640" height="352" mp4="https://bakuplus.az/storage/photos/2023/01/video1.mp4"][/video]