Suraxanı rayonunun Zığ şosesində qəza zamanı piyada xəsarət alıb. Bu haqda bu gün, 13 aprel tarixində APA məlumat verib.
43 yaşlı Elnarə Cəfərova yolu piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu avtomobil vurub.
Yaralı müxtəlif xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsi araşdırma aparır.