Paytaxtın Xətai rayonu, Zığ qəsəbəsində azyaşlı uşağı avtomobil vurub. Bu haqda bu gün, 24 oktyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
5 yaşlı Hüseyn Cəfərov Zığ şosesində yolu keçən zaman onu avtomobil vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.