Nəsimi rayonunda sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edən videolar paylaşan və üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxs saxlanılıb. Bu haqda bu gün, 2 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində əvvəllər məhkum olunmuş İmişli rayon sakini Qasıməli Qasımov tutulub. Baxış zamanı ondan “Kalaşnikov” markalı avtomat, 3 ədəd patron və həmin silaha məxsus daraq aşkar edilib. Qasımov bir müddət əvvəl silah-sursatı aldığını, lakin polisə təhvil vermədiyini, özü üçün saxladığını bildirib.
Faktla bağlı toplanan materiallar Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Saxlanılan şəxs kriminal çevrələrdə “Qara İmişlinski” adı ilə tanınır.
[caption id="attachment_89213" align="alignnone" width="640"]
Foto Daxili İşlər Nazirliyi[/caption]