Bakının Zabitlər parkında çiçəkləmə mərhələsində olan hündür ağac kəsilib. Bu haqda bu gün, 8 aprel tarixində 1news məlumat verib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri İradə İbrahimovanın qeyd etdiyi kimi, bu vəziyyətlə bağlı araşdırma aparmaq üçün dərhal idarənin əməkdaşları əraziyə göndəriləcəklər.
Araşdırmanın nəticələrinə əsasən, ictimaiyyətə ətraflı məlumat veriləcək.
“Bakı Abadlıq Xidməti”ndən verilən məlumata görə, ağac çürüyərək aşıb.
[caption id="attachment_96606" align="alignnone" width="640"]
Foto 1News.az[/caption]