Paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində gənc qız binadan yıxılıb. Bu haqda bu gün, 16 mart tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
24 yaşlı Səbinə Həbişova “Əlillər binası” kimi tanınan yaşayış kompleksində yaşadığı mənzilin pəncərəsindən yıxılıb. Nəticədə o, hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırmaya başlanılıb.