Paytaxtın Sabunçu rayonunun Zabrat qəsəbəsində avtomobil qaçırılıb. Bu haqda bu gün, 24 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Adıçəkilən qəsəbənin sakini Musa Kazımov ayrı-ayrı şəxslərə məxsus 2 “VAZ-2106” markalı avtomobili qaçırmaqda şübhəli bilinərək saxlanılıb.
Onun barəsində araşdırmalara başlanılıb.