Bakının Xəzər rayonu, Zirə qəsəbəsində neft məhsullarının qanunsuz satışının qarşısı alınıb. Bu haqda bu gün, 13 yanvar tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
Yoxlama zamanı sahibkar Vasif Məmmədova məxsus həyətyanı ərazidə 2 ədəd polad çəndə neft məhsullarının saxlanılması və plastik qablara doldurularaq satışının həyata keçirilməsi, bununla da təhlükəsizlik qaydalarının bir sıra tələblərinin kobud şəkildə pozulması faktı aşkar edilib.
Çənlərin istismarı FHN-in əməkdaşları tərəfindən dərhal dayandırılıb. Bununla yanaşı, texniki təhlükəsizliklə bağlı sahibkar və işçilərlə profilaktik söhbət aparılıb, çənlərin müvafiq təhlükəsizlik tədbirləri görülməklə ərazidən uzaqlaşdırılması və plastik qablarda neft məhsulları satışının dayandırılması tələb edilib. Nöqsanlarla bağlı tərtib edilən protokol sahibkara təqdim edilib.
[URIS id=86727]