Xəzər rayonunda sürücülük vəsiqəsi olmayan şəxs avtomobillə adam vurub. Bu haqda bu gün, 3 iyul tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə rayonun Zirə qəsəbəsində baş verib. Sadiq Abdullayev etibarnaməsi və sürücülük vəsiqəsi olmadan idarə etdiyi "VAZ-2106" markalı avtomobillə yolu keçən piyada Çimnaz Məmmədovanı vurub. Nəticədə piyada hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.