Paytaxtın Xəzər rayonu, Zirə qəsəbəsində avtoqəza zamanı 4 nəfər xəsarət alıb. Bu haqda bu gün, 23 dekabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
2 avtomobilin toqquşması nəticəsində 61 yaşlı İradə Babayeva, 60 yaşlı Xatirə Babayeva, 60 yaşlı Naibə Hüseynova və 60 yaşlı Təranə Zeynalova müxtəlif bədən xəsarətləri alıblar. Onlar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.