Paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov prospektində yol qəzası baş verib. Bu haqda bu gün, 10 iyun tarixində Report məlumat verib.
İki avtomobilin toqquşması nəticəsində 22 yaşlı Turxan Mansurov, 22 yaşlı Sənan Babayev və 35 yaşlı Tural Mustafayev xəsarət alıblar. Yaralılar təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.