Bakıda yol-nəqliyyat hadisəsi baş verib.
Bakuplus.az Nəqliyyatı İntelletktual İdarəetmə Mərkəzinə istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu, Alı Mustafayev küçəsində baş verib.
Qəza zamanı avtomobillərdən birinin üzərində olan yük yola dağılıb. Bu səbəbdən Ziya Bünyadov prospekti istiqamətində sıxlıq yaranıb.
“Avtomobillərin rahat hərəkətini təmin etmək üçün işlər görülür”, - deyə qurumdan bildirilib.