Paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov prospektində avtoqəza baş verib. Bu haqda bu gün, 8 may tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
“Mercedes” markalı nəqliyyat vasitəsi hərəkətdə olan zaman idarəetmədən çıxıb və eyni istiqamətdə hərəkət edən “Honda” markalı avtomobilə, daha sonra isə işıq dirəyinə çarpılıb. Nəticədə “Honda”da olan sərnişin ağır xəsarətlər alıb. O, xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
[caption id="attachment_99532" align="alignnone" width="640"]
Foto APA[/caption]