Bakının Nərimanov rayonu, Ziya Bünyadov prospektində xəsarətlə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 1 iyul tarixində APA məlumat verib.
“Hyundai” markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə yolda arakəsmələrə çırpılan avtomobil əvvəlcə eyni markalı avtomobillə, daha sonra isə “Mazda” markalı maşınla toqquşub.
Avtomobildə olan 3 sərnişin xəsarət alıb. Avtomobillərə ciddi ziyan dəyib.
Qəza səbəbindən yolda tıxac yaranıb. Əraziyə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
[caption id="attachment_50624" align="alignnone" width="800"]
Foto APA.az saytı[/caption]