Bakının Nəsimi rayonu, Ziya Bünyadov prospektindəki tuneldə zəncirvari yol qəzası baş verib. Bu haqda bu gün, 7 dekabr tarixindən Bakuplus.az APA-ya istinadən xəbər verir.
Qəza “Mercedes”, “KamAZ”, “Hyundai”, “Nissan” və digər 3 nəqliyyat vasitəsinin iştirakı ilə baş verib.
Hadisəyə səbəb “KamAZ”ın əyləcində yaranan problem olub. Yük maşınının sürücüsü idarəetməni itirərək digər nəqliyyat vasitələrinə çarpılıb. Nəticədə “Mercedes”in sürücüsü xəsarət alıb. Avtomobil isə yararsız vəziyyətə düşüb.
Faktla bağlı araşdırma aparılır.