Nərimanov rayonunda zəncirvari avtomobil qəzası baş verib. Bu haqda 14 aprel tarixində APA məlumat verib.
Ziya Bünyadov prospektində 5 avtomobil bir-biri ilə toqquşub. Qəza nəticəsində avtomobillərə ziyan dəyib, yolda isə sıxlıq yaranıb.
Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunub.