Bakıdakı Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında yanvarın 13-də Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti baş tutacaq.
Orkestr dirijor Mustafa Mehmandarovun rəhbərliyi ilə Avropa bəstəkarlarının əsərlərindən ibarət rəngarəng musiqi nömrələri təqdim edəcək.
Konsert saat 19:00-da başlayacaq. Biletləri onlayn və şəhərin kassalarından əldə etmək mümkündür.