Bakının Azərbaycan Milli İncəsənət Muzeyində “Belçikaya komikslərlə səyahət” adlı sərgi 17 oktyabr tarixində açılacaq. Bu haqda bu gün, 12 oktyabr tarixində Azərtac məlumat verir.
Sərgi layihəsinin açılışı Belçika Krallığının Azərbaycandakı səfirliyi, Mədəniyyət Nazirliyi və Belçika Komiks Mərkəzinin birgə təşkilatçılığı ilə keçiriləcək.